Neftçilərin axtarışı üçün gəmilər göndərildi


15:26     15 Dekabr 2016 025.jpg

Xəzər dənizində itkin düşən neftçilərin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) 2 “Vixr” gəmisi cəlb olunub.


Femida.az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, neftçilərin axtarışı üçün xilasedici dəstələr yola salınıb.

Qeyd edək ki, bu gün səhər saat 05.00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yıığım Məntəqəsinin sag və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.

Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.

İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1826