Neftçilərin budka sudan çıxarıldı


01:28     17 Dekabr 2016 neftci1.jpg

“Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə nəticəsində itkin düşən neftçilərin axtarış işləri zamanı həmin ərazidə suyun dibində aşkar edilmiş budka gəminin göyərtəsinə qaldırılıb.



Femida.az SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, budkanın 3 saylı Neft Yığım Məntəqəsinin yaşayış budkası olmadığı müəyyən edilib. Məlum olub ki, tapılıb sudan çıxarılan və gəmiyə qaldırılan budka soyunub-geyinmə budkasıdır.

Axtarış işləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 1154