Büdcə qəbul olundu


16:27     16 Dekabr 2016 1442822061_milli-meclis.jpg

Milli Məclisin bu gün keçirilən plenar iclasında Maliyyə naziri Samir Şərifov büdcə müzakirələri zamanı millət vəkilləri tərəfindən səsləndirən təkliflərə cavab verib.


Femida.az xəbər verir ki, nazir qeyd edib ki, verilən təklif və tövsiyələr təhlil edilib: “Bir çox qaldırılan məsələlərin bir yox, bir neçə il ərzində baxılması nəzərdə tutulub. Bəzi məsələlər üzrə maliyyə təminatı məsələləri artırılıb. Mədəniyyət xərcləri əlavə olaraq 3 milyon manat artırılıb. O cümlədən Milli Məclisin saxlanması xərcləri daha 850 min manat artırılıb. O cümlədən, Gənclər Fondunun vəsaitinin əvvəlki illərdə saxlanılması ilə bağlı təkliflər verilmişdi. Bunları nəzərə alaraq, həmin sahə üzrə ayrılan vəsait 11,5 milyon manat səviyyəsində saxlanılıb".

Beləliklə, 2017- ci ilin dövlət büdcəsi Milli Məclisin plenar iclasında səsə qoyularaq qəbul edilib.

Açar sözlər:

Oxunub: 2311