Elektrik qatarı yandı: kəndlilər söndürdülər


22:25     18 Dekabr 2016 elektrik_qatari_yangin.jpg

Femida.az AZƏRTAC-a istinadən bildirir ki, Gürcüstanda Kutaisidən Batumiyə gedən elektrik qatarında yanğın baş verib.

"Gürcüstan Dəmir Yolları" QSC-dən bildiriblər ki, dekabrın 18-də günorta saatlarında Kutaisidən Batumiyə gedən 682 nömrəli elektrik qatarında yanğın olub. Hadisə Xedcaliya kəndi ərazisində baş verib. Qatarın vaqonlarından biri alovlanıb. Qatar heyətinin və yaxınlıqda olan kənd əhalisinin vaxtında müdaxiləsi nəticəsində sərnişinlər təxliyə olunublar, alov söndürülüb. Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.

Görülmüş operativ tədbirlər nəticəsində dəmir yolunda qatarların hərəkəti bərpa olunub.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1139