Elektrik enerjisinin tarifləri dəyişməyəcək


13:21     02 Mart 2017 elektrik-xetleri.jpg

"Azərenerji" ASC 2017-ci ildə elektrik enerjisi tariflərinə yenidən baxmağı nəzərdən keçirmir.


Femida.az xəbər verir ki, bu barədə "Standard&Poor`s Global Ratings" (S&P) yaydığı məlumatda deyilir.

"2016-cı ilin dekabrında "Azərenerji" ASC tarifləri təxminən 33% artırıb. Bununla dövlət şirkəti SOCAR-dan aldığı qazın qiymətindəki 50%-lik artımı kompensasiya etmiş oldu. Biz bu il tariflərə yenidən baxılacağını gözləmirik", - deyə agentliyin mütəxəssisləri bildirib.

S&P qeyd edib ki, sonuncu tarif artımı "Azərenerji" ASC-nin maliyyə nəticələrinə təsir etməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 1124