Ankarada Karlovun adına küçə olacaq


18:05     20 Dekabr 2016 5122bd617e4049fb89e56046822ec841-5122bd617e4049fb89e56046822ec841-0.jpg

Rusiyanın sui-qəsd nəticəsində öldürülən səfirinin adı Ankaradakı küçəyə veriləcək.


Femida.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşdə deyib.

Bildirilir ki, Ankarada Rusiya səfirliyinin yerləşdiyi `Karyağdı` küçəsinin adı dəyişdirilərək `Andrel Karlov` küçəsi olacaq.

Xatırladaq ki, ötən gün axşam Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Türkiyənin bu ölkədəki səfiri Andrey Karlov qətlə yetirilib.

Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub.

O, təhlükəsizlik əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1048