Ankarada əməliyyat - 98 nəfər saxlanıldı


22:42     28 Noyabr 2017 turk%20poliis.jpg

Ankara polisi əməliyyat keçirib.


Femida.az xəbər verir ki, bu dəfə keçirilən xüsusi əməliyyat narkotik maddə alverçilərinə qarşı olub.

Polisin yaydığı xəbərə görə, əməliyyat nəticəsində 98 nəfər narkotik vasitə satıcısı saxlanılıb. Saxlananların hamısının Türkiyə vətəndaşları olduqları bildirilir.

Polis xüsusi əməliyyatın gün ərzində davam edəcəyi barədə məlumat yayıb.

Qeyd edək ki, statistik məlumatlara əsasən, Türkiyədə əhalinin 3 faizə yaxını narkotik asılılığından əziyyət çəkir. Ölkədə az yaşlı narkotik istifadəçisinin yaşı 13 qeyd olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 697