Erməni deputat jurnalisti yumruqladı - Parlamentin binasında


17:39     22 Dekabr 2016 ermeni%20jurnalist.jpg

Ermənistanda deputat jurnalisti yumruqla vurub. Femida.az xəbər verir ki, bu barədə Azadlıq radiosunun Ermənistan bürosu məlumat yayıb. Məlumata əsasən deputat tərəfindən döyülən jurnalist “Qraparak” qəzetinin əməkdaşı Vaqe Makaryandır. Jurnalistin döyülməsi ilə bağlı Cinayət Məcəlləsinin 118-ci maddəsi ilə döyülmə faktı ilə cinayət işi açılıb.


Sayt daha sonra hadisənin hansı şəraitdə baş verməsindən yazır. Döyülən jurnalist hadisəni belə xatırlayır:

“ İki həftə əvvəl parlament binasının dəhlizlərinin birində deputat Rubik Akopyana sual verdim. Sualım deputatın xoşuna gəlmədiyi üçün məni yumruqla vurdu və təhqir etməyə başladı. Kobudluqdan sonra o olanların aramızda qalmasını istədi.”





Məsələ ilə bağlı adı hallanan deputat da danışıb. O özünü bu məsələdə təqsirli bilməyib. Hətta jurnalisti “xuliqan” adlandırıb.

Xatırladaq ki, Ermənistan bu il ərzində məmurlardan və dövlət qurumlarından Avropa Məhkəməsinə müraciət edən ölkələr sırasında artım müşahidə olunan ölkələr sırasında yer alıb.


Miri Məcidli
Femida.az



Açar sözlər:

Oxunub: 2648