Düşmən atəşkəsi pozdu
14:13 26 Dekabr 2016
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 38 dəfə pozub.
Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, Ermənistanın İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Femida.az
Oxunub: 1268
Oxşar xəbərlər
- Düşmən atəşkəs rejimini 140 dəfə pozub
- Düşmən kəndlərimizi atəşə tutub
- Düşməni məhv edəcək aparatlar sınaqdan keçirilib
- Düşmən iriçaplı pulemyotlardan atır - CƏBHƏDƏ GƏRGİN GECƏ
- Düşmən Ağdamın kəndini atəşə tutdu
- Düşmən kəndlərimizi atəşə tutub - Cəbhədən son xəbər
- Düşmən pulemyotlardan atır - CƏBHƏDƏ SON DURUM
- Düşmən pulemyotlardan atır - CƏBHƏDƏ SON DURUM
- Düşmən atəşkəsi pozmaqda davam edir
- Düşmən Qarabağda hərbi təlim keçirir