Torpaq sürüşməsi Siyəzəndə təhlükə yaratdı
02:59 27 Dekabr 2016
Torpaq sürüşməsi Siyəzən rayonunun Sədan kəndində bəzi evlərə ciddi ziyan vurub.
Femida.az xəbər verir ki, rayon mərkəzindən 8 kilometr məsafədə yerləşən kənddə sürüşmə prosesi bu ilin mart ayından aktivləşib. Doqquz aydan çoxdur davam edən proses nəticəsində sürüşmə zonasına düşən üç evin divarları çatlayıb, binalar qəzalı vəziyyətə düşüb.
Sürüşmə baş verən əraziyə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliyinin mütəxəssisləri baxış keçiriblər. Faktla bağlı müvafiq rəylər hazırlanaraq aidiyyatı qurumlara təqdim olunub.
Qəzalı vəziyyətdə olan evlərdən birinin sahibi Fərhad Qəribov binada çatların getdikçə böyüdüyünü bildirib. Evin bəzi divarlarında çatların eni 10 santimetrdən çoxdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının əməkdaşı Sadiq Əmiraslanov Siyəzən rayonunun Sədan kəndində sürüşmə prosesinin uzun illərdir davam etdyini bildirib. Bu il yağıntıların çox olması prosesi daha da aktivləşdirib.
Oxunub: 854
Oxşar xəbərlər
- Torpaq Məcəlləsinə dəyişiklik edilir
- Torpaq sürüşdü, qədim yaşayış məskəni tapıldı
- Torpaq satan bələdiyyə sədrinin məhkəməsi başlayıb
- Torpaq sahələri ilə bağlı dəyişiklik
- Torpaqları qanunsuz satan bələdiyyələrin adları AÇIQLANDI
- Torpaq satışı zamanı nə qədər vergi ödəməliyik? - Hüquqi şərh
- Torpaqlar bu şərtlə qaytarıla bilər - Ermənistanın bəyanatı
- Torpaq icarəsi qaydaları dəyişdi
- Torpaq vergisinin ödənmə qaydası açıqlanıb - NAZİRLİK