Qara dənizdən daha iki meyit çıxarılıb


01:00     27 Dekabr 2016 rusiya%20teyyaresi6.jpg

Dekabrın 25-də Qara dənizdə Rusiyaya məxsus "Tu-154" təyyarəsinin qəzaya uğradığı yerdən iki nəfərin meyiti tapılıb.


Femida.az "RİA Novosti"yə istinadən xəbər verir ki, meyitlər Moskvada genetik ekspertizadan keçiriləcək.

Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, təyyarənin qalıqları sahildən 1700 metr dərinlikdə aşkarlanıb.

Təyyarənin "qara qutusu" isə hələ tapılmayıb.

Qeyd edək ki, dünən Suriyadan Moskvaya uçan təyyarədə 92 sərnişin olub. Onlardan 64-ü Aleksandrov ansamblının artistləri, 9-u telejurnalistdir. Qəzaya uğrayanlardan 13-nün meyiti tapılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 931