Bulvarda atəşfəşanlıq olacaq
14:34 27 Dekabr 2016
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Dənizkənarı Milli Parkda atəşfəşanlıq olacaq.
Bu barədə Femida.az-a Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib.
O qeyd edib ki, 31 dekabrda əqrəblər gecə yarısını göstərəndə möhtəşəm atəşfəşanlıq olacaq və Bakı yeni ili qarşılayacaq.
“Konsert proqramı olmayacaq. Amma atəşfəşanlıq üçün artıq Bakı şəhər İcra Hakimiyyəti tərəfindən müraciət olunub və qurğular quraşdılır. Atəşfəşanlıq Bulvar ərazisində bir yerdə - estakadanın üzərində quraşdılıb”.
N.Məcidov qeyd edib ki, dekabrın 30-da bulvarda 15 yaşına qədər uşaqlar üçün aksiya keçiriləcək: “Bulvar ərazisindəki bütün atraksionlar saat 10:00-dan 14:00-a qədər pulsuz olacaq”.
Oxunub: 2124
Oxşar xəbərlər
- Bulvarda atəşfəşanlıq olacaq? - Meriyadan AÇIQLAMA
- Bulvardakı məşhur kafenin üstünə ağac aşdı
- Bulvarda qadın polislər xidmətə başladı
- Bulvarda qadın intihar edib
- Bulvarda dənizə düşən iki nəfər xilas edilib
- Bulvarda özünü öldürmək istədi - Nazirlik işə qarışdı
- Bulvarda “Beynəlxalq Olimpiya Günü” keçirilib
- Bulvarda intihara cəhd: özünü dənizə atdı
- Bulvarda pulsuz internet var
- Bulvarda intihara cəhd - Qız özünü dənizə atdı