Bulvarda “Beynəlxalq Olimpiya Günü” keçirilib
00:08 01 İyul 2017
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK), “Bir” tələbə könüllü proqramı və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin dəstəyi ilə Dənizkənarı Bulvarda “Olimpiya Qaçış Günü” keçirilib. SİA-nın məlumatına görə, Müasir Olimpiya hərəkatının yaranması və Beynəlxalq Olimpiya Komitəsinin təsis olunması münasibətilə Olimpiya bayramında qaçış yarışları təşkil edilib.
Tədbirin əsas məqsədi Olimpiya hərəkatı və sağlam həyat tərzinin geniş əhali kütləsi arasında təşviq etməklə insanları, xüsusilə uşaqları, gəncləri və böyükləri Olimpiya hərəkatının fəal üzvlərinə çevirməkdən ibarətdir.
MOK-un vitse prezidenti Çingiz Hüseynzadə qeyd edib: “Milli Olimpiya Komitəsi 1996-cı ildən Beynəlxalq Olimpiya Gününü hər il qeyd edir və bu gün aramızda olan fəal gənclərin idmana olan marağı bizləri sevindirir. Hər il Olimpiya Günü bütün dünyaya idman sevincini bölüşmək, idman növləri ilə məşğul olmaq və Olimpiya Dəyərləri ətrafında birləşməyə imkan verir. Tədbirdə iştirak edən hər bir kəsə təşəkkürümü bildirir, uğurlar arzu edirəm".
"Olimpiya Qaçış Günü"nün fəxri qonağı olan Olimpiya çempionları Rəfiqə Şabanova, İradə Aşumova, Zemfira Mehtəhətdinova, Fərid Mansurov, Namiq Abdullayev fiziki aktivliyin gündəlik həyatda vacib rolunu qeyd ediblər.
Beynəlxalq Olimpiya Günündə 500-ə yaxın iştirakçı yarışda iştirak ediblər. İştirakçılar arasında gənclər və veteran idmançılar olub. Yarışlarda ilk üç yeri tutan iştirakcılar xüsusi mükafatlar və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) diplomları ilə təltif olunublar. Bütün iştirakçılar BOK-nin qaçışda iştirakı təsdiq edən sertifikatını alıblar.
Femida.az
Oxunub: 1275
Oxşar xəbərlər
- Bulvarda atəşfəşanlıq olacaq? - Meriyadan AÇIQLAMA
- Bulvardakı məşhur kafenin üstünə ağac aşdı
- Bulvarda qadın polislər xidmətə başladı
- Bulvarda qadın intihar edib
- Bulvarda dənizə düşən iki nəfər xilas edilib
- Bulvarda özünü öldürmək istədi - Nazirlik işə qarışdı
- Bulvarda intihara cəhd: özünü dənizə atdı
- Bulvarda pulsuz internet var
- Bulvarda atəşfəşanlıq olacaq
- Bulvarda intihara cəhd - Qız özünü dənizə atdı