Bulvarda dənizə düşən iki nəfər xilas edilib


16:02     09 Avqust 2017 bd7d20b2431f7bae6cee8968f02af20a.jpg

Dənizkənarı Milli Parkda batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib.


Femida.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün baş verib.

2000-ci il təvəllüdlü Ümid Qarayev saat qülləsinin yaxınlığında ehtiyatsızlıqdan dənizə yıxılıb. Həmin vaxt orada olan, 1996-cı il təvəllüdlü Mahmud Bağırzadə onu xilas etmək üçün özünü dənizə atıb. Batmaq təhlükəsi ilə üzləşən hər iki şəxsi xilasedicilər xilas edib.

Femida.az

Açar sözlər:

Oxunub: 803