Pakistanda 32 nəfər içkidən ölüb


23:18     27 Dekabr 2016 pic-03f18e9facbcea1dc304c0b57fe80b2c.jpg

Pakistanda 32 nəfər keyfiyyətsiz spirtli içkidən zəhərlənərək ölüb.


BBC-nin yaydığı xəbərə görə, hadisə Pəncab vilayətində baş verib.

Bildirilir ki, xristianlar Milad bayramını qeyd etmək üçün spirtli içki məclisi qurublar. Nəticədə 30 xristian və 2 müsəlman zəhərlənib. Daha 60 nəfər xəstəxanaya çatdırılıb. İlkin ehtimala əsasən içkiyə metanol əlavə edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1041