17 yaşlı oğlan 10 yaşlı qardaşını öldürdü


17:40     28 Dekabr 2016 rusiya_polisi_800.jpg

Moskvada kiçik qardaşını öldürməkdə şübhəli bilinən 17 yaşlı yeniyetmə saxlanılıb.


Bu barədə Rusiya İstintaq Komitəsinin paytaxt şöbəsindən məlumat verilib.

İstintaq zamanı o, cinayətini etiraf edib. Faktla bağlı azyaşlının öldürülməsi maddəsi ilə cinayət işi açılıb.

10 yaşlı uşağın meyiti dekabrın 27-də aşkar edilib. Uşaq boğularaq öldürülüb. Bildirlir ki, 17 yaşlı oğlan anası ilə dalaşan vaxt balaca qardaşı anasını müdafiə edib. Bundan əsəbiləşən yeniyetmə qardaşını boğaraq öldürüb.(APA)

Femida.az

Açar sözlər:

Oxunub: 971