Bu ölkədə hərbi məhkəmələr ləğv edilib


20:23     28 Dekabr 2016 atambayev.jpg

Qırğızıstan prezidenti Almzabek Atambayev hərbi məhkəmələrin ləğvini nəzərdə tutan qanun layihəsini təsdiq edib.


Bu barədə Prezident Administrasiyasından məlumat verilib.

Açıqlamada prezidentin məhkəmə islahatlarını keçirmək üçün veridyi təlimatı yerinə yetirən Prezident Administrasiyası yanında Məhkəmə İslahat Şurasının ekspert qrupunun məhkəmə hökmlərinin qanuniliyini və keyfiyyətini artırmaq, məhkəmə işçilərinin maddi və texniki imkanlarını yaxşılaşdırmaq üçün hərbi məhkəmələrin ləğvini məqbul saydığı qeyd olunub.

İstanbulda 24 fevral 2012-ci ildə keçirilən “Korrupsiya ilə mübarizə konfransı”nda hərbi məhkəmələrin ləğvi və burada aparılan işlərin başqa məhkəmələrə həvalə olunması ilə bağlı Qırğızıstana müəyyən təkliflər verildiyi xatırladılıb.

Məlumatda həmçinin hərbi məhkəmələrdə çalışan şəxslərin yerli məhkəmələrdə işlə təmin olunacağı bildirilir. (axar.az)

Femida.az

Açar sözlər:

Oxunub: 1105