Ermənistan qazsız qala bilər


00:27     29 Dekabr 2016 1406111788_quyu-qazilir.jpg

Gürcüstan və “Qazprom” Ermənistana tranzitin qiymətləri üzrə razılığa gələ bilməyiblər. Dekabrın 31-də qüvvədə olan sazişin müddəti bitir.


Femida.az “Qruziya-Onlayn”a istinadən xəbər verir ki, Gürcüstanın energetika naziri Kaxa Kaladzenin sözlərinə görə, danışıqlar davam etdiriləcək.

Qeyd edilib ki, Rusiya danışıqlarda tranzitin pulla ödənilməsində israr edir, Gürcüstan tərəfi isə ötürülən qazın 10%-ni əldə etmək niyyətindədir.

Danışıqların Vyanada baş tutacaq növbəti raundunun vaxtı hələlik müəyyənləşdirilməyib.

Açar sözlər:

Oxunub: 2098