Şəkidə mikroavtobus yanıb


18:43     09 Yanvar 2017 masin%20yanqin.jpg

Bu gün Şəki şəhərində avtomobil təmiri sexində təmirə dayanmış vətəndaşa məxsus "Mercedes" markalı mikroavtobusun mühərrikində elektrik avadanlıqları və salonu qismən yanıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1073