Kabildə terror aktları: 27 ölü, 70 yaralı


23:26     10 Yanvar 2017 terror%20(2).jpg

Əfqanıstanın paytaxtı Kabildə bir gündə iki terror aktı törədilib.


TASS agentliyinin yaydığı məlumata görə, terrorçu-kamikadze Dar-ul-Aman küçəsində yerləşən hökumət binasının yaxınlığında özünü partladıb.

Bundan başqa, elə həmin küçədə minalanmış avtomobil partladılıb. Hücumun hədəfinin Əfqanıstan parlamentinin əməkdaşları olduğu bildirilir. Törədilən iki terror hadisəsi nəticəsində azı 27 nəfər həlak olub, 70 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Qeyri-rəsmi məlumata əsasən, partlayış nəticəsində yerli polis rəisi də həyatını itirib. Terror aktlarının məsuliyyətini “Taliban” hərəkatının döyüşçüləri üzərinə götürüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1097