Kabildə aeroport atəşə tutulub - Ölən və yaralananlar var


02:55     28 Sentyabr 2017 image967.jpeg

Əfqanıstanın paytaxtı Kabildə aeroport raket atəşinə tutulub.


Femida.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Aeroportun yaxınlığına 20-30 mərmi düşüb. Məsuliyyəti Taliban öz üzərinə götürüb, terror təşkilatı hücumda hədəfin ABŞ-ın müdafiə naziri Ceyms Mettis olduğunu açıqlayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 546