Kabildə partlayış - Azı 6 nəfər həlak olub


02:52     16 İyun 2017 kabul_38457676.jpg

Əfqanıstanın paytaxtı Kabil şəhərində məscidin yaxınlığında partlayış baş verib.


Femida.az AZƏRTAC-a istinadən bildirir ki, hadisə nəticəsində azı 6 nəfər həlak olub, 10 nəfər yaralanıb.

Əfqanıstan Daxili İşlər Nazirliyi hadisəni terror aktı adlandırıb.

Telekanalın məlumatına görə, partlayışdan sonra atışma olub.

Femida.az

Açar sözlər:

Oxunub: 492