Rusiyada daha 3 nəfər araqdan öldü


18:12     12 Yanvar 2017 vodka-shot_3084242k7.jpg

Rusiyanın Sankt-Peterburq şəhərində 3 nəfərin spirtli içkidən zəhərlənməsi ilə bağlı cinayət işi açılıb.


Rusiya KİV-lərinin yaydığı məlumata görə, Sankt-Peterburqda yaşayış olmayan binada iki kişi və bir qadının meyiti aşkar olunub. Aparılan istintaq nəticəsində onların spirtli içkidən zəhərləndiyi məlum olub.

Daha öncə Rusiya KİV-lərində həmin şəxslərin şüşə təmizləyici maddə içərək zəhərləndiyini barədə məlumat verilmişdi.

Xatıraladaq ki, ötən ilin sonunda İrkutsk keyfiyyətsiz spirtli içkidən 76 nəfər həyatını itirmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 1104