Suriya ordusu yeni əməliyyata başlayır


20:17     14 Yanvar 2017 suriya%20ordusu7.jpg

2015-ci ilin axırlarında "Pələng Qüvvələri"nin rəhbərliyi altında başlayan və 2016-cı ilin ilk aylarında davam edən Hələb şərqinə doğru əməliyyat yenidən başlayır.


Hələb şəhərini nəzarət altına alan bölmələr böyük döyüşlərə hazırlaşır.

İlk hədəfin isə əl-Bab cənubunda yerləşən Deyr Hafir və ətrafı olduğu bildirilir. Minlərlə əsgəri Kuveyris hərbi bazası və müəssisələrində toplayan Suriya ordusu Deyr Hafirdən Tabqa hava bazasına çatmaq üçün hazırlaşır.

Bölgədəki zabitlərdən birinin verdiyi məlumata görə, əməliyyat Tabqa bazasına çatana qədər davam edəcək. Tabqa hava bazası Raqqa-Hələb yolu üçün kritik əhəmiyyət daşıyır. ABŞ tərəfindən dəstəklənən YPG və SDQ sürətlə Tabqa bölgəsinə irəliləməyə çalışır.

Femida.az

Açar sözlər:

Oxunub: 1018