Rusiyada sərnişin təyyarəsi qəza enişi edib


13:51     21 Yanvar 2017 401604abc145e249abd28d4445be516b0e7dd7e7.jpg

Rusiyanın Vladivostok şəhərində A319 sərnişin təyyarəsi qəza enişi edib.


Femida.az xəbər verir ki, bu barədə "RİA Novosti" Fövqəladə Hallar Nazirliyinin regional saytına istinadən xəbər verib.

Məlumata görə, Vladivostok-Petropavlovsk-Kamçatsk istiqamətində uçan təyyarə səmada olarkən yanğın siqnalizasiyası işə düşüb. Lakin göyərtədə təhlükəli yük olmayıb. Hadisə vaxtı təyyarənin göyərtəsində 100 sərnişin və 6 ekipaj üzvü olub. Hadisə zamanı xəsarət alan olmayıb.

Sərnişinlərin hamısı təyyarəni tərk edərək, digər təyyarə ilə Vladivostok-Petropavlovsk-Kamçatsk istiqamətində uçublar. Məlumatda həmçinin bildirilir ki, hazırda Vladivostok hava limanı öz işini davam etdirir.

Femida.az

Açar sözlər:

Oxunub: 978