Pakistanda bazarda partlayış - 21 ölü, 40 yaralı


15:46     21 Yanvar 2017 1476984113.jpg

Pakistanın Kurram vilayətində tərəvəz bazarında partlayış törədilib.

Femida.az "Associated Press"-ə istinadən verdiyi məlumata görə, terror aktı nəticəsində 21 nəfər ölüb, 40-dək insan yaralanıb.

Qeyd edək ki, hadisə Paraçinar şəhərində bu gün səhər saatlarında baş verib. Partlayışın əldəqayırma qurğu ilə törədildiyi bildirilir.

Partlayışa görə hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

Açar sözlər:

Oxunub: 2295