Qadının pulunu zorla əlindən alanlar tutulub


19:33     28 Yanvar 2017 hebs_0141.jpg

Bakıda qadına qarşı quldurluq edən şəxs tutulub.


Femida.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 25-də Bakı şəhər sakini Nailə Xairovaya zor tətbiq edərək içərisində qızıl əşyaları olan pul kisəsini almaqda şübhəli bilinən Elmar Süleymanov tutulub.

Açar sözlər:

Oxunub: 1241