Erməni idmançı azərbaycanlı qızdan qorxdu - Döyüşdən qaçdı


13:13     30 Yanvar 2017 qezebli_melek1485714038.jpg

Ermənistan kiqboks yığmasının üzvü Anoska Akokulyan "Qəzəbli mələk" ləqəbli Azərbaycan kiqboksçusunun qarşısından qaçıb.


Femida.az modern.az-a istinadən xəbər verir ki, Gürcüstanın paytaxtında K-1, Tay Boksinq və Kiqboksinq üzrə beynəlxalq turnir davam edir. Azərbaycan yığmasının tərkibində Xaçmaz Azad Kiqboksinq klubunun üzvü, "Qəzəbli mələk" ləqəbli və 15 yaşlı Nəzrin Əskərova da iştirak edir.

Onun erməni rəqibi Anoska Akokulyan "Qəzəbli mələk"lə qarşılaşmaqdan imtina edərək özünü rüsvay edib. Nəticədə Nəzrin Əskərova gürcüstanlı kiqboksçu ilə qarşılaşmalı olub.

"Qəzəbli mələk" rəqibini böyük üstünlüklə məğlub edərək birincilik qazanıb və öz çəki dərəcəsində çempion olub.

Açar sözlər:

Oxunub: 4346