Vergilər Nazirliyi kollegiyasının yeni tərkibi təsdiq edilib


22:44     01 Fevral 2017 ilham_aliyev_main__221216_22.jpg

Azərbaycan prezidenti İlham Əliyev “Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” 2001-ci il 29 mart tarixli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.


Femida.az-ın məlumatına görə, Vergilər Nazirliyi kollegiyasının aşağıdakı tərkibi təsdiq edilib:

Kollegiyanın sədri

Azərbaycan Respublikasının vergilər naziri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini

Azərbaycan Respublikası vergilər nazirinin müavinləri

Naxçıvan Muxtar Respublikasının vergilər naziri

Azərbaycan Respublikasının Vergilər Nazirliyi Aparatının rəhbəri

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin baş direktoru

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili təhlükəsizlik departamentinin baş direktoru

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq departamentinin baş direktoru

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Ərazi vergi orqanları ilə iş üzrə departamentinin baş direktoru

Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması departamentinin baş direktoru

Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli gəlirlər departamentinin baş direktoru.

Femida.az

Açar sözlər:

Oxunub: 1088