Yevlaxda antik dövrə aid materiallar tapılıb


21:49     05 Fevral 2017 arkeloji_170816_10.jpg

Yevlax rayonunun Yəldili kəndi ərazisindəki qədim nekropolda aparılan arxeoloji tədqiqatlar zamanı eradan əvvəl II əsrdən bizim eranın II əsrinə qədərki dövrə aid əşyalar aşkarlanıb.


AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundan verilən məlumata görə, antik dövrə aid bir irihəcmli dəfn küpünün yanında və içərisində parç, vaza və kuzə tipli gil qablar, ləçək ağızlı kiçik küpələr, tuncdan qolbağı, sədəf və gildən muncuqlar tapılıb. Akarlanan arxeoloji materiallar Yevlax Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1182