Fransadakı AES-də partlayış baş verib


19:24     09 Fevral 2017 frans.jpg

Fransanın şimal-qərbindəki Flamanvil Atom Elektrik Stansiyasında partlayış baş verib.


Fransa mənbələri partlayış nəticəsində radioaktiv sızıntı təhlükəsinin olmadığını bildiriblər. Partlayışdan sonra yanğın başlayıb, lakin atom reaktorları olan sahəyə yayılmayıb.

Hadisə yerinə yanğınsöndürənlər, xilasedicilər və həkimlər göndərilib.

Femida.az

Açar sözlər:

Oxunub: 916