Elmar Məmmədyarov gürcü nazirlə görüşüb


00:04     11 Fevral 2017 Məmmədyarovdliyyə%20naziri%20ilə%20görüşüb.JPG

Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın ədliyyə naziri Tea Tsulukianinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.


Femida.az -ın XİN-in saytına istinadən verdiyi xəbərə görə, görüş zamanı dost və qonşu dövlətlər olan Azərbaycan və Gürcüstan arasında tərəfdaşlığın hərtərəfli inkişafından məmnunluq ifadə olunub.

Tərəflər ölkələrin ədliyyə, penitensiar və notarial xidmətlər sahəsində uğurlu əməkdaşlığı və qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi də aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1181