27 yaşlı kişi qadını döyüb sonra soydular
02:14 11 Fevral 2017
Hacıqabul sakininə qarşı quldurluq edən şəxs saxlanılıb.
Femida.az APA-ya istinadən xəbər verir ki, Hacıqabul sakini, Cavadova Fərqanə Gülağa qızına qarşı quldurluq hadisəsi törədilib.
Həmin şəxs Hacıqabul polis şöbəsinə müraciət edərək bildirib ki, 8 fevral axşam saatlarında H.Əliyev prospektində piyada yolla gedərkən naməlum şəxs ona arxadan yaxınlaşıb başına və bədəninə zərbələr endirib. Daha sonra içərisində 85 manat pul, 300 manat dəyəri olan mobil telefon, rəsmi sənədlər və bank kartı olan əl çantasını ələ keçirərək hadisə yerindən qaçıb. Hacıqabul polis şöbəsinin keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 9-da həmin hadisəni törədən Hacıqabul sakini, 1990-cı il təvəllüdlü Nəcəfov Mehman Mehman oğlu saxlanılıb. Onun ələ keçirdiyi əl çantası maddi sübut kimi yaşadığı mənzildə aşkar edilərək götürülüb.
Qeyd edək ki, Fərqanə Cavadova Hacıqabul mədəniyyət evində bədii rəhbər vəzifəsində çalışır. Faktla bağlı Hacıqabul rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Femida.az
Oxunub: 1547
Oxşar xəbərlər
- 27 mindən çox erməniyə ABŞ vətəndaşlığı verilib
- 2725 uşaq internat məktəblərində təhsil alır
- 27 yaşlı gənc bıçaqlandı
- 27 yaşlı qız dənizdə batdı
- 27 yaşlı kişi qonşusu tərəfindən döyülüb
- 2723 nəfər doktorantura təhsili alıb
- 274 PKK terrorçusu məhv edilib
- 27 yaşlı oğlan özünü asdı
- 27 dərəcə isti olacaq
- 27 yaşlı qadın özünü öldürmək istədi - Ağcabədidə intihara cəhd