Sülh Platformasına daha bir nəfər qoşuldu
19:48 13 Fevral 2017
Slovakiyanın “Active Youth” təşkilatının sədri Peter Kraçala Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub.
Ermənistan-Azərbaycan Sülh Platformasının mətbuat xidmətindən verilən məlumata görə, bununla əlaqədar P. Kraçala bəyanat yayıb:
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacib olduğunu bəyan edirəm. Lakin bu məsələnin hər iki dövlətin ərazi bütövlüyü və suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət bəsləyərək həllinin mümkün olduğunu düşünürəm. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, ATƏT Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayaraq bu fəaliyyətə öz dəstəyimi bildirirəm.
Çox böyük təəssüf hissi ilə qeyd edirəm ki, Erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşıb. Xalqların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyərək, sədri olduğum təşkilat adından, əsas məqsədi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm”.
Femida.az
Oxunub: 991
Oxşar xəbərlər
- İlham Əliyev: “Zəngəzur dəhlizinin açılması regionda sülhün fundamental elementidir”
- Ermənistan ziyalıları Paşinyanı sülh müqaviləsi bağlamağa çağırıblar
- Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması üçün işçi qrupunun görüşləri keçiriləcək
- Prezident: "Sülh müqaviləsinin mətni tezliklə hazırlana bilər, imzalana bilər"
- Zaxarova: "Rusiya Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına kömək etməkdə qərarlıdır"
- Brüsseldə sülh gündəliyi və növbəti diplomatik qələbə: Azərbaycanın 5 maddəlik təklifləri qəbul olundu
- Politoloq: "Sülhməramlıların davranışları Rusiyanın Azərbaycandakı etimad limitini sıfra endirir"
- XİN sözçüsü: "Rusiyanın Yaponiya ilə sülh müqaviləsi imzalaması mümkün deyil”
- NATO Ukraynaya sülhməramlı missiya göndərə bilər
- Ukrayna Rusiya ilə sülh sazişinin bağlanma vaxtını açıqlayıb