Ölkədən külli miqdarda dollar çıxaran şəxs tutuldu
21:29 14 Fevral 2017
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən düzgün bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Bakı-Kiyev aviareysi ilə getmək istəyən Azərbaycan Respublikasının vətəndaşı gömrük nəzarətindən keçərkən üzərində 10 000 ABŞ dollarından başqa xarici valyutanın olmadığını bildirib. Lakin vətəndaşın hərəkətləri gömrük əməkdaşında şübhə doğurduğu üçün o, sərhəd nəzarətindən keçdikdən sonra steril zonada saxlanılıb və üzərində təkrar şəxsi yoxlama aparılıb.
Şəxsi yoxlama zamanı vətəndaşın gödəkcəsinin cibindən 264 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 26 400 ABŞ dolları aşkar edilib.
Vətəndaş izahatında bildirib ki, 26 400 ABŞ dolları məbləğində xarici valyutanı Ukraynaya kommersiya məqsədilə aparmaq istəyib. Lakin qanunla müəyyən edilmiş həddən yuxarı olduğuna görə, 10 000 ABŞ dollarından artıq olan 16 400 ABŞ dollarını əvvəlcədən tanımadığı iki sərnişinə verərək gömrük nəzarətindən keçirtməyi xahiş edib. Gömrük nəzarətindən keçdikdən sonra isə steril zonada həmin şəxslərə verdiyi valyutanı geri alıb.
Beləliklə, vətəndaş gömrük orqanını aldadaraq, qanunla icazə verilən 10 000 ABŞ dollarından artıq olan 16 400 ABŞ dollarını digər sərnişinlərə paylayaraq qanunsuz yolla gömrük sərhədindən keçirtməyə cəhd göstərib.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 1255
Oxşar xəbərlər
- Ölkədən çıxışa necə qadağa qoyula bilər?
- Ölkədən 95 min dollar çıxaranlar tutuldu
- Ölkədən çıxışınıza qadağa qoyulub? - BURADAN ÖYRƏNİN
- Ölkədən külli miqdarda pul çıxarmaq istədi
- Ölkədən 49 milyon dollar çıxarmaq istədilər
- Ölkədən çıxmasına qadağa qoyulanlara - Mesaj göndəriləcək
- Ölkədən 3 milyona yaxın pul çıxarmaq istədi
- Ölkədən qızıl çıxarmaq istədi – Gömrükdə əməliyyat
- Ölkədən kənara nə qədər pul köçürülüb? - Rəsmi açıqlama
- Ölkədən külli miqdarda pul çıxarmaq istədilər