Ölkədən 95 min dollar çıxaranlar tutuldu
22:00 13 Oktyabr 2017
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən qanunsuz yolla aparılması cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, Bakı-Tehran aviareysi ilə getmək istəyən İran vətəndaşı gömrük nəzarətindən "yaşıl dəhliz" buraxılış sistemindən istifadə etməklə keçsə də, lakin əl yükündə olan və əvvəlcədən mütləq qaydada bəyan etməli olduğu xarici valyutanı gömrük orqanına təqdim etməyib.
Vətəndaşın hərəkətləri şübhə doğurduğu üçün o, saxlanılıb və təkrar yoxlamaya dəvət olunub. Yoxlama zamanı, vətəndaşın çamadanının içində, əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 950 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 95 000 ABŞ dolları aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 921
Oxşar xəbərlər
- Ölkədən çıxışa necə qadağa qoyula bilər?
- Ölkədən çıxışınıza qadağa qoyulub? - BURADAN ÖYRƏNİN
- Ölkədən külli miqdarda dollar çıxaran şəxs tutuldu
- Ölkədən külli miqdarda pul çıxarmaq istədi
- Ölkədən 49 milyon dollar çıxarmaq istədilər
- Ölkədən çıxmasına qadağa qoyulanlara - Mesaj göndəriləcək
- Ölkədən 3 milyona yaxın pul çıxarmaq istədi
- Ölkədən qızıl çıxarmaq istədi – Gömrükdə əməliyyat
- Ölkədən kənara nə qədər pul köçürülüb? - Rəsmi açıqlama
- Ölkədən külli miqdarda pul çıxarmaq istədilər