Ölkədən çıxışınıza qadağa qoyulub? - BURADAN ÖYRƏNİN


17:22     17 İyun 2017 borclu3.jpg

Mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxslərin axtarışının mərkəzləşdirilmiş uçotu ilə bağlı fəaliyyətin yaxşılaşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi veb-saytında yeni informasiya resursu yaradılıb.


Nazirlikdən Femida.az-a bildirilib ki, bu ilin iyunundan etibarən istifadəyə verilmiş interaktiv pəncərə vasitəsilə vətəndaşlar mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxs kimi axtarışda, habelə sərhədkeçməyə məhdudiyyət siyahılarında adlarının olub-olmaması barədə məlumatları əldə edə bilərlər.

Bunun üçün DİN-in mia.gov.az saytına daxil olmaqla, qeyd edilən elektron xidməti (Ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış borclular barədə məlumatlar) seçərək pəncərələrdəki müvafiq şəxsi məlumatları doldurub təsdiqləməklə lazımi informasiyanı almaq mümkündür.



Femida.az

Açar sözlər:

Oxunub: 10358