İki nəfər özünü asdı


16:03     17 Fevral 2017 intihar%20azvision.az.jpg

Bakıda intihar hadisəsi baş verib.


Hadisə rayonun Lökbatan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1987-ci il təvəllüdlü Nigar İldırım qızı Kərimova yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Daha bir intihar hadisəsi Gədəbəy rayonunda baş verib.

Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Çalburun kəndində qeydə alınıb. Kənd sakini, 1991-ci il təvəllüdlü Ceyhun Elxan oğlu Bağırov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1040