Ermənistan cəbhədə təxribat törətdi
13:51 18 Fevral 2017
Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 26 dəfə pozub.
Femida.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Barekamavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Qaymaqlı kəndlərində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Ağdam rayonunun Şuraabad, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Əməliyyat şəraitinə uyğun olaraq, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Femida.az
Oxunub: 3182
Oxşar xəbərlər
- Ermənistandan Azərbaycana gələnlərin sayı açıqlanıb
- Ermənistan daha bir əsgərini itirdi
- Ermənistanı ağır il gözləyir
- Ermənistanda yanacaq bahalaşdı
- Ermənistanda partlayış
- Ermənistanla Gürcüstan arasında kilsə qalmaqalı
- Ermənistan təmas xəttində vəziyyəti gərginləşdirib - Hikmət Hacıyev
- Ermənistanda zabit əsgəri vəhşicəsinə döyüb
- Ermənistana məxsus PUA məhv edilib - FOTOLAR
- Ermənistan parlamentində yenə dava düşüb