Azərbaycanda nə qədər xristian var?
16:57 18 Fevral 2017
"Azərbaycan əhalisinin 2 faizi xristiandır. Bizim aramızda hər hansı dini, milli qarşıdurma yoxdur".
Bunu bu gün Beynəlxalq Multikulturalizm Qış Məktəbinin 16 ölkədən olan müdavimləri ilə görüşdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Ata bildirib.
Aleksandr Ata deyib ki, xristianlar Azərbaycanda dövlət orqanlarında, parlamentdə və ictimai sahələrdə aktiv təmsil olunurlar: "SSRİ dövründə din təqibə məruz qalıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra müstəqil Azərbaycanda din layiqli yerini tutdu. Azərbaycanda yeni məscidlər, kilsələr, sinaqoqlar açılıb. Din insanları parçalamır, əksinə, birləşdirir". (Apa)
Oxunub: 2608
Oxşar xəbərlər
- Azərbaycanda 5541 əcnəbi tələbə təhsil alır
- Azərbaycanda rekord əməliyyat - 134 milyonluq
- Azərbaycandan Türkiyəyə gedən avtobus kül oldu
- Azərbaycanda zəlzələ oldu
- Azərbaycanda bu dövlət qurumunun əmlakı satışa çıxarıldı
- Azərbaycanda sürüşmə təhlükəsi - XƏBƏRDARLIQ
- Azərbaycanda yeni publik hüquqi şəxs yaradıldı
- Azərbaycanda seysmik aktivlik fon səviyyəsindədir
- Azərbaycanda daha bir bank çöküşdə
- Azərbaycanda hamı bu məşqçi nənədən danışır - VİDEO