Ermənistan ordusunda nə baş verir? - 19 yaşlı əsgərin meyiti tapıldı


21:42     18 Fevral 2017 ermeni%20it.jpg

Ermənistan ordusu daha bir hərbçisini itirib.


Femida.az news.am -a istinadən xəbər verir ki, bu gün saat 11:45 radələrində Qarabağ ərazisində yerləşən hərbi hissələrin birindən əsgərin güllə yarası almış meyiti tapılıb. Məlumata görə meyiti tapılan əsgər 19 yaşlı Lernik Osyandır.

Ölüm faktı ilə bağlı Ermənistan Müdafiə Nazirliyi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Ermənistan ordusunda intihar və hərbçilərin bir-birlərini öldürməsi artıq adi hal olub. Xüsusilə aprel döyüşlərindən sonra xeyli itkilər verən işğalçı ölkənin ordusunda böyük ruh düşkünlüyü yaranıb.
Xatırladaq ki, Ermənistan ordusu son 3 gündə 3 hərbçisini itirib, 2 hərbçisi isə ölümcül yaralanıb.


Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 6426