Küçə itləri 9 yaşlı qızı parçaladı


13:02     20 Fevral 2017 iStock_000008707838XSmall.jpg

Dağıstanın paytaxtı Mahaçqalada küçə itləri tərəfindən parçalanmış uşaq meyiti tapılıb.


Bu barədə məlumatı “İnterfaks-Cənub” agentliyi yayıb.

Məlumata görə, Mahaçqalanın Birinci Pyotr küçəsində küçə itləri 9 yaşlı qıza hücum edərək parçalayıblar. Onun meyitini valideynləri aşkar edib. Hadisə yerinə “təcili yardım” gəlsə də, uşağın həyatını xilas etmək mümkün olmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1271