Səfirlər Şəki və Qaxda olacaq


20:02     20 Fevral 2017 1441560940_xin.jpg

Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi tərəfindən 20-21 fevralda ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və onların xanımlarının Şəki və Qax rayonlarına tanışlıq səfəri təşkil olunur.


Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, səfər çərçivəsində diplomatik nümayəndəliklərin rəhbərləri və onların xanımları Şəki və Qax rayonlarının tarixi yerlərini, mədəniyyət abidələrini ziyarət edəcək, yerli adət-ənənələr, sənətkarlıq nümunələri və regionun turizm imkanları ilə tanış olacaqlar.

Femida.az

Açar sözlər:

Oxunub: 1176