Qatil bəşərin günahsız Xocalısı


15:02     22 Fevral 2017 khojaly_azvision%20video.png


Dünyada hər zaman haqlı olduğu halda daima haqsız duruma düşürülən, mərdcə davrandığı halda namərdlərin oyununa gələn bir yer varmı? Var. O yer Azərbaycandır. Türk yurdu hətta türklərin əsl yurdu Azərbaycan. Bəlkə buna görədə Azərbaycana qarşı bu mənfur siyasətlər həyata keçirilir.
Dünya çox dəhşətli faciələrə şahiddir. Lakin bunların heç biri Azərbaycanın başına gətirilən faciələrdən daha faciəvi ola bilməz. Bu faciələrdən ən dəhşətlisi, ən dözülməzi Xocalı soyqırımıdır.


Fevral ayının 26-sı yaxınlaşır. Məhz bu tarixdə Azərbaycanın ayrılmaz hissəsi Qarabağın göz bəbəyi Xocalı işğal olundu. Xocalılar misli görülməmiş vəhşiliklərin qurbanına çevrildilər.
Ötən əsrin 80-ci illərində SSRİ zəifləmiş, sosializm sistemi tənəzzül etmişdi. Eyni zamanda imperiyaya zorla birləşdirilən ayrı-ayrı ərazilərdə milli azadlıq hərəkatı başladı. Hərəkatın gücləndiyi bir vaxtda Azərbaycan ərazisinə təcavüz planı həyata keçirilməyə başlandı. Bu Moskvanın və erməni lobbisinin yardımı ilə həyata keçirilirdi. Uzun və gərgin mübarizədən sonra Azərbaycan öz müstəqilliyinə qovuşdu.

1991-ci ilin oktyabr ayından Xocalı blokada vəziyyətində idi. Artıq ayın 30-dan şəhərlə yalnız vertolyot əlaqəsi mümkün idi. 1992-ci il yanvar 2-də şəhərə elektrik verilişidə dayandırılmışdı.
Fevral ayının 25-dən 26-na keçən gecə 366-cı rus hərbi alayının yardımı alan erməni teror təşkilatlarının hücumu ilə Xocalıda soyqırım törədildi.

Azğınlaşımış və hər zaman kimlərinsə oyununda xüsusi oyuncağa çevrilən ermənilər Qadın, körpə, qoca, cavan demədən önlərinə çıxan günahsız insanları qətl edir və insanlığa sığmayan hərəkətlərlə dünyanın ən dəhşətli soyqırımını törədirdilər.


Öldürülən insanların ekspertizasını izlədikdə soyqırımın qurbanı olan insanların gözlərinin çıxarılması, əllərinin kəsilməsi, yandırılması, dərisinin soyulması və müxtəlif cür vəhşiliklərin şahidi olarıq.(3,152)
Bu anidən alınan bir qərar idimi? Təbii ki yox. Tamamilə əvvəlcədən planlaşdırılmışdır. Soyqırımı araşdıran istintaq komissiyasının təqdim etdiyi hərbiçilərin telofon danışığının yazısı hücuma ciddi hazırlıq getdiyini göstərir.(1,30)

Soyqırım erməni terror təşkilatları olan “Haydad” və “Asalanın” xüsusi yardımı ilə həyata keçirilirdi”
Soyqırımdan 10 gün əvvəl fevral ayının 16-da 366-cı alayın nəzdində Livan, Amerika, Kanada, İran, Hollandiya və İsveçdəki erməni icmalarını təmsil edən və “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin təşkil etdiyi “klukin erməni cəbhəsi” “rotası” yaradıldı. Onun tərkibində Livandan gələn erməni qızlardan ibarət “Şuşanik” adlı snayperçi dəstə yaradıldı.(1,30)


Ələsgər Novruzov, Əlif Hacıyev, Tofiq Hüseynov, İnqlab İsmayılov, Aqil Quliyev, Füzuli Rüstəmov, Şöhrət Həsənov düşmənlə mübarizədə son nəfəslərinə qədər döyüşmüş və şəhid olmuşlar.(4)
Robert Köçaryan, Serj Sarkisyan, Seyran Ohanyan və digərləri bu soyqırıma rəhbərlik edən şəxslərdir.(5)
Bu cür dəhşətli faciə olsada və dünyanın bir çox ölkələri və önəmli təşkilatları soyqırımı tanısada məsələnin həlli ilə bağlı heç bir addım atılmır.

Soyqırımın dəhşətləri haqqında məlumatlar Sandi Tayms, Le Krua Eveneman, Faynenşil Tayms, İzvestiya və digər mətbuat orqanlarında dərc olunmuşdur.(3,154)
Azərbaycan mətbuatında törədilən vəhşilikləri lentə alaraq hadisəni işıqlanlandıran Milli Qəhrəman Çingiz Mustafayev olmuşdur.(4)

Soyqırım nəticəsində 613 nəfər qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb.(4)
Vəhşiliyi törədənlərdən biri olan Zori Balayan “ruhumuzun dirçəlişi” adlı kitabında hadisəni bu cür qeyd edir: “Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq.”(4)

Yazının başında qeyd etdiyim “bəlkədə türk olduğumuz üçün Azərbaycana qarşı bu mənfur siyasətlər həyata keçirilir” ifadəsinin bəlkəsiz olaraq üzərində əminliklə dayanıram. Bəli. Sırf türk olduğumuz üçün Azərbaycana qarşı tarixin bütün dövrlərində bu siyasət həyata keçirilmiş və keçirilməkdədə davam edir.




Ədəbiyyat:
1. Akif Aşırlı. Türkün Xocalı soyqırımı. Bakı, “Nurlan”, 2005. 124 səh.(+24 səh. Şəkil)
2. Boran Əziz Xocalı soyqırımı: səbəblər, həyata keçirilmə üsulları və nəticələri. Bakı. “Azərnəşr, 2008. 224 səh.
3. Vaqif Arzumanlı, X. Baxşəliyeva. Türk dünyası və “Böyük Ermənistan xülyası”. Bakı, “CBS” mətbəəsi, 2008. 240 səh.
4. Wikipedia.org – Xocalı soyqırımı
5. Azerbaijan.az - XOCALI SOYQIRIMI - XX ƏSRİN FACİƏSİ


BDU -nin II kurs tələbəsi Musa Kazımlı
Femida.az üçün.



Açar sözlər:

Oxunub: 2033