Erməni + PKK birliyi yaranır?


17:22     03 Avqust 2015 1438089657_pkk.gif

PKK terror təşkilatının Türkiyənin şərqində gərginliyi pik həddə çatdırması diqqətlərdən yayınmır.


PKK separatçıları Qars-Kağızman, İqdır, Doğubəyazid, Ərdahan, Göle və Ərzurumun bir hissəsində fəallığını çoxaldaraq qondarma kanton bölgə yaratmağa çalışır. Həmin qondarma kanton bölgə planında Ermənistanın dəstəyi və bu ölkədən gələcək hərbi yardımın təmin olunması yolunun açılması istənilir.

Təhlükəsizlik və kəşfiyyat orqanlarının bununla bağlı apardığı dəyərləndirməyə görə, Doğubəyaziddə baş verən terror hadisələri pik həddə çatıb. Terrorçu Cəmil Bayık ən çox etimad etdiyi adamı Yusif Şeki terror hadisələrinin artırılması üçün bu bölgəyə göndərib. Beləcə ən böhranlı ərazidə şimali Suriyada olduğu kimi kanton ərazi elan olunmasına zəmin yaradılır.

Təhlükəsizlik və kəşfiyyat orqanlarının separatçı təşkilatın elan etmyə hazırlaşdığı "ilk kanton ərazi" barədə dəyərləndirməsi belədir: "Ağrıda Sırrı Sakıkın bələdiyyə başçısı, Leyla Zananın bu yerdən millət vəkili seçdirilməsi təsadüfi deyildir. Bu plan baş tutarsa, Sakık və Zana bu qondarma kantonun administrasiya rəhbəri (prezidenti) olacaqlar. Bundan sonra bölgəyə Ermənistanın yardımı, hərbi və fiziki dəstəyi planlaşdırılır. Ermənistanda PKK düşərgələrinin olması isə bilinən həqiqətdir", - deyə dəyərləndirmədə vurğulanır.

Açar sözlər:

Oxunub: 1266