Baş katibdən Azay Quliyevə TƏŞƏKKÜR
21:34 23 Fevral 2017
ATƏT Parlament Assambleyasının Vyanada keçirilən 16-cı qış sessiyası bu gün işinə başlayıb.
ATƏT PA-nın rəsmi saytı ilə ilk olaraq Daimi Komitənin iclası canlı yayımlanıb.
Daimi Komitənin iclasında ATƏT PA baş katibi Roberto Montella Özbəkistanın bu qurumun işinə cəlb olunmasında Azərbaycanın və ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevin rolunu xüsusi qeyd edib və təşəkkürünü çatdırıb. ATƏT PA-nın vitse prezidenti A.Quliyev öz növbəsində Özbəkistanın sessiyanın işinə qatılmasını alqışladığını deyib və bu ölkənin ATƏT-in mühüm üzvü olduğunu bildirib. Vitse-prezident çıxışında ATƏT PA-nın Baş Katibinin fəaliyətini müsbət qiymətləndirib.
Seçki Müşahidə missiyası haqda danışan A.Quliyev beynəlxalq katibliyə seçki üzrə ixtisaslaşmış hüquqşünasın cəlb olunmasını təklif edib. Onun sözlərinə görə, belə bir mütəxəssisin olması ATƏT PA-nın seçki müşahidə missiyasının işinə müsbət təsir göstərəcək. Qeyd edək ki, ATƏT PA-nın qış sessiya işini plenar iclasda təşkil olunan “Böhran dövründə insan hüquqlarının qorunması” mövzusunda xüsusi debatla davam etdirəcək. Sabah ATƏT PA rəhbərlərinin məruzələri dinləniləcək, Daimi Komitənin iclasında isə ATƏT PA-nın Əsasnaməsinə əlavə və dəyişikliklər məsələsi müzakirə olunacaq.
Femida.az
Oxunub: 1172
Oxşar xəbərlər
- Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilir
- Baş prokuror vətəndaşlarla görüşdü
- Baş nazir: “Tramp həddini aşdı” - Qüds böhranı böyüyür
- Baş Prokurorluğun məlumatı
- Baş prokuror vətəndaşları qəbul edəcək
- Baş Prokurorluq və DİN dəhşətli qətllə bağlı birgə məlumat yayıb
- Baş Qərargahı rəisinin müavini işdən qovuldu
- Baş Prokurorluq 17 yaşlı uşaqla bağlı xəbərləri təkzib etdi
- Baş Prokurorluğun nümayəndəsi beynəlxalq tədbirdə iştirak edib
- Baş bankir manatdan danışdı