Hacı Şahinin adı çanta qalmaqalında - AÇIQLAMA


22:09     03 Avqust 2015 pnTOs1DIA280.jpg

Məlum olduğu kimi, bu il ibtidai sinif şagirdləri üçün hazırlanan çantaların üzərindəki yazılar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Qeyd edək ki, bəzi çantaların üzərində "I love Haci Şahin" yazılıb. Məsələyə ilahiyyatçı Şahin Həsənli münasibət bildirib.


İlahiyyatçı bunun kimin və nə məqsədlə etdiyindən xəbəri olmadığını deyib: «Mən də sosial şəbəkələrdən öyrənmişəm. Ona görə bunu kimin təşkil etdiyi, nə şəkildə olduğu barədə hər hansı fikir söyləməkdə çətinlik çəkirəm».

«Bəs ümumiyyətlə fərdlərin adlarının bu formada çantaların üzərinə yazılmasına necə baxırsız?», - sualına cavab olaraq isə Şahin Həsənli bu məsələyə düzgün baxmadığını deyib: «Ən azından bu barədə həmin insanın özü ilə danışmaq, razılığını almaq olardı. Təbii ki, mən buna razı olmazdım. Ümumiyyətlə, məktəbli çantalarının üzərinə şəxslərin adlarının yazılması, fikrimcə, düzgün deyil və heç bir anlamı yoxdur. Bunu bir insanın adından qazanc məqsədilə istifadə kimi qiymətləndirirəm».



/faktxeber.com/

Açar sözlər:

Oxunub: 3859