Ağstafada yanğın olub
21:23 28 Fevral 2017
Bu gün saat 13 radələrində Ağstafa rayon Poylu bələdiyyəsinə məxsus torpaq sahəsində yanğın baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, havanın küləkli olması səbəbindən yanğın Ağstafa Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Poylu meşəbəyliyinin 1 saylı dolayına keçib.
Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşlarının birgə səyləri nəticəsində yanğın qısa müddət ərzində söndürülüb. Yanğın 0,3 hektar ərazini əhatə edib, ağaclara ziyan dəyməyib, quru ot və kol örtüyü yanıb.
İlkin ehtimala görə yanğının baş verməsinə səbəb bələdiyyə ərazisində mal-qara otaran şəxslərin odla ehtiyatsız davranması olub.
Yanğının baş vermə səbəblərinin və dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
Femida.az
Oxunub: 655
Oxşar xəbərlər
- Ağstafada iki avtomobil toqquşdu - Yaralılar var
- Ağstafada ev yandı
- Ağstafada orta yaşlı kişini avtomobil vurub
- Ağstafada iki maşın toqquşub, xəsarət alan var
- Ağstafada 42 yaşlı kişi döyülüb
- Ağstafada 4 yeni avtomobil körpüsü inşa edilib
- Ağstafada bacılar arasında dava - Xəstəxanalıq oldu
- Ağstafada minaatan mərmisi tapılıb
- Ağstafada 3 uşaq atası özünü asıb
- Ağstafada əl qumbaraları tapılıb