17 gün dözə bildi...
14:12 01 Mart 2017
Bakıda 17 gün əvvəl döyülən ahıl kişi ölüb.
Femida.az report-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, Hövsan qəsəbəsində Şabanov küçəsi ev 32-də yaşayan 1945-ci il təvəllüdlü Əliyev Yavər Nemət oğlu 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib. Həkimlər onun daxili qanaxmadan öldüyünü bildirib. Y.Əliyevin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
Xatırladaq ki, Y.Əliyevin evinə quldur basqını olub. 3 naməlum şəxs onu döyərək pul və qızıl-zinət əşyalarını tələb edib. Hazırda cinayət əməlini törədən şəxslərin axtarışı davam etdirilir.
Femida.az
Oxunub: 1013
Oxşar xəbərlər
- 17 dövlət əmlakı özəlləşdirilib
- 17 cinayət “isti izlər”lə açılıb
- 17 nəfər universitetin liftində qalıb - FHN hadisə yerində
- 17 yaşlı qız özünü qayadan atdı - Qusarda intihar
- 17 yaşlı oğlan özünü öldürmək istədi
- 17 cinayət “isti izlər”lə açılıb
- 17 min manata görə tutulan şəxs AZADLIQDA
- 174 əcnəbi Naxçıvandan qovuldu
- 17 yaşlı oğlan özünü asıb
- 17 yaşlı oğlanın meyiti sudan çıxarıldı - 2 gündən sonra