ANAMA Füzuli və Ağdamı minalardan təmizlədi


00:33     05 Mart 2017 agcebedi%20raket%20anama.JPG

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri martın 4-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatına əsasən, Füzuli rayonunun “Fin evləri” adlanan ərazisində bir “F-1” əl qumbarası aşkar ediblər. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülüb. Yoxlanılan ərazi 800 kvadratmetr təşkil edib.



Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatına əsasən, Ağdam rayonunun İmamqulubəyli kəndində Xan çayının sahilinə də baxış olub. Mina və partlamamış hərbi sursat aşkar edilməyib. Cəmi 200 kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-dan bildiriblər ki, yanvarın 1-dən martın 4-dək Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonlarında, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 4 otlaq sahəsinə, 2 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 122 evə və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, drenaj kanalına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib. Ümumilikdə 1972 partlamamış hərbi sursat, tank əleyhinə 66 mina və piyada əleyhinə 5 mina aşkar olunaraq zərərsizləşdirilib. Cəmi 877 min 316 kvadratmetr ərazi (428 min 374 kvadratmetr əl ilə, 207 min kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr “Sensys” dərinlik ölçən cihazı və 128 min 942 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.

Açar sözlər:

Oxunub: 1195